Bizi izləyin

HAQQIMIZDA TARİXİMİZ

1950 - "Qafqazenerjiquraşdırma" tresti. Keçmiş SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeçiliyində fəaliyyətə başlayan təşkilat energetika obyektlərinin tikintisi və quraşdırılması sahəsində ixtisaslaşmış trest kimi fəaliyyətə başlamışdır.

1983 - "Xaricitikintiquraşdırma" ASC. Həmin trestin nəzdində yaranmış və energetika obyektlərinin tikintisi sahəsində ixtisaslaşmış bu təşkilat tərəfindən 1983-cü ildən başlayaraq ölkəmizdə bəzi energetika obyektləri,o cümlədən ümumi gücü 1600 MVt olan iki su elektrik stansiyası, həmçinin bir dövlət rayon elektrik stansiyası inşa etdirilib istismara verilmişdir.

2003 - "RICON" MMC. Bu dövrdə energetika obyektlərinin tikinti və quraşdırılması ilə məşğul olan cəmiyyət tərəfindən öz kollektivində yüksək dərəcəli mütəxəssis və mühəndis heyəti yetişdirilmiş, bunun nəticəsində isə cəmiyyətin nəzdində “RICON” MMC kimi ixtisaslaşmış bir müəssisə yaradılmışdır. 2003-cü ildən “Xaricitikintiquraşdırma” ASC ilə birlikdə energetika və digər sənaye obyektlərinin əsas və köməkçi avadanlıqlarının quraşdırılmasında mühüm işlər görülmüşdür.

DƏYƏRLƏRİMİZ

MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

ETİBARLILIQ

ÇEVİK VƏ YERİNDƏ XİDMƏT

XİDMƏT ÇEŞİDLİLİYİ

İNTEQRƏEDİLMİŞ MENECMENT SİSTEMİ ÜZRƏ SİYASƏT

RİCON MMC-nin İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 standartlarının tələblərinin əsasında İnteqrəedilmiş Sistemi (İMS) tətbiq edilmişdir.İMS üzrə siyasət müəssisənin məqsədlərinə, kontekstinə uyğundur və müəssisənin strateji istiqamətini dəstəkləyir.İMS üzrə Siyasətin əhatə dairəsinə müəssisənin aşağıdakı fəaliyyətləri daxildir:Sənaye və mülki binaların,infrastrukturun layihələndirilməsi və tikintisi.Müəssisənin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:

1.Sifarişçilər:

a.Sənaye və mülki binaların, obyekt və infrastrukturun layihələndirilməsi və tikintisi üzrə xidmətlərinin yüksək səviyyədə təmin edilməsi

2.Mülkiyyətçilər /Təsisçilər:

a. Müəssisənin gəlirinin daima artırılması

3.İşçilər:

a.Müəssisədə tətbiq olunmuş İnteqrəedilmiş Menecment Sisteminin davamlı təkmilləşdirilməsi

b.İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınması

c.Təhlükələrin aradan qaldırılması, sağlamlıq və texniki təhlükəsizlik üzrə risklərin azaldılması

d.İşçilərin İnteqrəedilmiş Menecment Sisteminin təkmilləşdirilməsi məsələlərində məsləhətləşməsinin və həmin işlərə cəlb olunmasının təmin edilməsi

4.Qanunvericilik orqanları:

a.Müəssisənin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi

b.Ətraf mühitin qorunması, o cümlədən çirklənmənin qarşısının alınması və müəssisənin konteksti nöqtəyi nəzərindən digər konkret öhdəliklərin yerinə yetirilməsi

5.Cəmiyyət:

a. Sosial proqramları və layihələri tətbiq etməklə cəmiyyətin təkmilləşdirilməsinə töhfənin verilməsi.

İMS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:

1. Sənaye və mülki binaların, obyekt və infrastrukturun layihələndirilməsi və tikintisi üzrə xidmətlərinin yüksək səviyyədə təmin edilməsi

2.Proseslərinin effektivliyini artırmaq məqsədilə struktur vahidlərinin işini birgə planlaşdırmaq;

3.Mövcud qurğu və avadanlıqların etibarlığını artırmaq, ehtiyac yarandığı hallarda yeni texnika və texnologiyaları tətbiq etmək;

4.Sənaye və mülki binaların layihələndirilməsi və tikintisi proseslərinə təsir göstərə biləcək keyfiyyət və əməyin mühafizəsi sahəsində risklərinin və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsini təmin etmək;

5.Sifarişçi tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək;

6.İşçilərin maksimal potensialını müəyyən etməyə yönəldilən və onların inkişafına sərf olunan investisiyaların maksimal səviyyədə geri qaytarılmasını təmin edən idarəetmə sistemi qurmaq;

7.İşçilərin peşəkarlıq səviyyəsini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq;

8.Bütün fəaliyyət sahələrində yeniliklərin tətbiqində təşəbbüskarlıq göstərən işçi heyət formalaşdırmaq

RİCON MMC-nin ali rəhbərliyi İnteqrəedilmiş Menecment Sistemi üzrə siyasətin işçi heyətinin diqqətinə çatdırılması, bütün əməkdaşlar tərəfindən onun tələblərinə əməl edilməsini,təkmilləşdirilməsini və əhəmiyyətli maraqlar üçün əlçatan olmasını təmin edir,eyni zamanda bu siyasətin səmərəliliyi davamlı olaraq nəzarət altında saxlanılır.

XİDMƏTLƏRİMİZ

REFERANSLARIMIZ