Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri
Iş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
Yaş: 30-55
Cins : Kişi
Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
Kompüter bilikləri: Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Keyfiyyətə nəzarət üzrə mühəndis ” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Bilməlidir:
İSO 9001:2015 standartının əsaslarını
Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini
Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini
Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını
Vəzifə öhdəlikləri:
Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması
Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək
Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi
Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması
Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək
Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi
Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi
Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
Planlama mühəndisi
Namizədə dair tələblər:
Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
Iş təcrübəsi: Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 3 il iş təcrübəsi
Yaş: 30-55
Cins : Kişi
Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
Kompüter bilikləri: MS Office, Primavera P6, MS Project 2010
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Vəzifə öhdəlikləri:
Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması)
Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək
Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması
Coast controlun həyata keçirilməsi
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək
Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi
Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq
Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət