İnşaat

Sənaye, mülki habelə ictimai obyektlərin müasir standartlara uyğun olaraq inşa edilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, "Ricon" MMC tərəfindən həyata keçirilir. "Ricon" MMC bu sahə üzrə bütün işlərin planlaşdırılmasını, dizaynını , quraşdırılma işlərini və istismarını sizə təklif edir. Hal-hazırda işlər bütün dünya standartlarına uyğun  görülür və ekoloji cəhətdən təhlükəsizdir. Əsas məqsədimiz insanların təhlükəsizliyini, işimizin keyfiyyətini daha yüksək səviyyədə təmin etməkdir.

Daha ətraflı
İnşaat
Metal konstruksiya

Metal konstruksiyaları daha çox polad məhsullardan istifadə edərək hazırlayırıq və bu daha uzunömürlü olmasına gətirib çıxardır. Həmçinin gələcəkdə sizi əlavə xərclərdən qoruyur. Təcrübəli mütəxəssislər və keyfiyyətli məhsullarımız ilə sizin üçün görəcəyimiz bütün işlər beynəlxalq standartlara cavab verir. Müxtəlif ölçüdə və formada müasir standartlara cavab verən metal konstruksiyaların yerində hazırlanması və quraşdırılması xidmətimizdən yararlana bilərsiniz.

Daha ətraflı
Metal konstruksiya
Yanacaq çənlərin hazırlanması və quraşdırılması

"Ricon" MMC bu sahə üzrə müəyyən olunmuş standartlar çərçivəsində , ən son təlabatlara uyğun olaraq işlər aparır. İstənilən həcmdə neft, mazut, yanacaq və sement çənlərinin (Rezervuarlarının) hazırlanması və quraşdırılması. Şirkətimiz işin planlaşdırmasını mükəmməl səviyyədə aparır və təcrübəli mütəxəssisləri özündə cəmləşdirərək sizə keyfiyyətli iş təklif edir. Həmçinin ekoloji cəhətdən təhlükəsizliyi təmin edir.  Şirkətimiz 10 ildən çoxdur ki, rezervuarların (çənlərin), qazholderlərin və boru xətlərinin müasir standartlara uyğun izolyasiyasını təşkil edir. Beynəlxalq sertifikatlarımız bu işi hansı dərəcədə professional etdiyimizin sübutudur. Keyfiyyətli izolyasiya sizi gələcək xərclərdən azad edəcəkdir. Müxtəlif izolyasiya növləri mövcuddur ki, biz sizə bunların hər birini təklif edirik.    -SİP -Sprey köpük izolyasiyası -Beton -Köpük board -Fibro izolyasiya

Daha ətraflı
Yanacaq çənlərin hazırlanması və quraşdırılması
Meliorasiya işləri

Meliorasiya - torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqromeşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır.  "Ricon" MMC şirkəti sizə müasir tələblərə uyğun hidrotexniki qurğunların hazırlanmasını, quraşdırılmasını və torpaq işlərinin aparılmasını təklif edir. 

Daha ətraflı
Meliorasiya işləri
Neft-qaz

Neft-qaz emalı sahəsində "Ricon" MMC 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində Azərbaycan və dünya bazarında pay sahibi olan müəyyən şirkətlər ilə artıq əməkdaşlıq edir. "Ricon" MMC neft-qaz emalı sahəsində nasosların, kompressorların, qazanxanaların, boru kəmərlərinin quraşdırılmasını və izolyasiyasını təşkil edir. 

Daha ətraflı
Neft-qaz
Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması

Kommunikasiya və şəbəkələrin qurulması işlərinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi. Şirkətimiz sizə bu işin mükəmməl dərəcədə planlaşdırılmasını və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməsini təklif edir. Habelə keçdiyimiz müddətlərdə gördüyümüz MEP (bayır) mühəndisliyi işləri sayəsində bir neçə partnyorluq əldə etmişik. 

Daha ətraflı
Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması
İstixanalar

İstixana - "Ricon" MMC 10 ildən çoxdur ki, Azərbaycanda bu sahə üzrə də fəaliyyət göstərir. Ən son standartların tələblərinə uygun avtomatlaşdırılmış müxtəlif tipli istixanaların quraşdırılması, və bu sahə üzrə dünya bazarında yüksək pay sahibi olan şirkətlər ilə bir neçə ildir ki partnyorluq edir. Həm mühəndis, həm də material cəhətdən bazara liderlik mövqeyini qoruyur. Bizim öncəliyimiz müştəri məmnuniyyətidir. İstixanalarınızın keyfiyyətinin yüksək olması, sizin gələcəkdə cibinizə qənaət etməyiniz üçün önəm daşıyır.

Daha ətraflı
İstixanalar
Abadlıq

"Ricon" MMC 10 ildən çox müddətdir ki, yaşıllaşdırma və abadlıq işlərinin aparılması ilə yaxın məşğul olur.
Bu gün biz ən müasir həllərdən istifadə edərək əlverişli və gözəl mühit yaradırıq. Mütəxəssislərimiz öz böyük təcrübələri sayəsində mikrorayon, ticarət mərkəzi, yaşayış kompleksi və ya inzibati bina ərazisində abadlaşdırılma işlərini tam uğurla həyata keçirir.

Daha ətraflı
Abadlıq
Tikinti avadanlıqlarının icarəsi

Vaxt ötdükcə şəhərsalma mədəniyyəti dahada çoxalır. İnşaat sektorunun böyüməsi isə bəzi ehtiyaclarının çoxalmasına səbəb olur ki, bunlardan biri texnikalardır. Ehtiyacınız olan, müasir standartların tələblərinə uyğun, müxtəlif tipli tikinti texnikaları və nəqliyyat vasitələrinin icarəsi Ricon MMC şirkəti tərəfindən həyata keçirilir. Vaxtınıza bizimlə qənaət edin.

Daha ətraflı
Tikinti avadanlıqlarının icarəsi