1983-cü ildə təsis olunmuş “XARİCİTİKİNTİQURAŞDIRMA” ASC Azərbaycan Respublikasında energetika, su meliorasiya, sənaye və mülki tikinti obyektlərinin tikintisi sahəsində ixtisaslaşmış təşkilat kimi, ölkəmizdə və ölkəmizdən kənarda bir çox mühüm lahiyələrin tikintisini aparmışdır. Neçə illər fəaliyyət göstərən cəmiyyət, öz kollektivində yüksək dərəcəli mütəxəssis və mühəndis heyəti yetişdirmişdir. 2003-cü ildə təsis olunan “RİCON” Məhdud Məsuliyyətli Cəmiyyəti, bu cəmiyyət ilə birgə adı çəkilən lahiyələrdə müştərək fəaliyyət göstərmişdir. Öz təcrübəsini “XARİCİTİKİNTİQURAŞDIRMA” ASC-dən alan “RİCON” MMC bu günə qədər bir sıra sənaye, mülki və ictimai obyektlərin tikintisi və sənaye obyektlərinin əsas və köməkçi avadanlıqlarının quraşdırılmasında mühüm işlər görmüşdür. Lakin ölkəmizin daimi inkişafı və yeni texnologiyaların müasir standartlarını nəzərə alaraq, biz öz təcrübəmizi genişləndirməklə yanaşı bir çox mütəxəssisləri bu standartlara uyğun yetişdirib, görülən işlərimizi daha da təkmilləşdiririk. Bunun nəticəsi olaraq, Almaniyanın TUVNORD - beynəlxalq sertifikatlaşdırma şirkətinin auidit yoxlamasından uğurla keçib, İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 sertifikatlarını əldə etdik. Və qarşımıza daimi inkişafı hədəf olaraq təyin etdik. Gördüyümüz əsas işlər:
- Rezervuarlar - istənilən həcmdə neft, mazut, yanacaq, su və sement çənlərinin hazırlanması və quraşdırılması
- Metal-konstruksiya – yerində hazırlanması və quraşdırılması
- Neft-qaz emalı sahəsində - nasosxana, qazanxana və boru kəmərlərinin quraşdırılması
- İzolyasiya – rezervuarların, qazholderlərin və boru xətlərinin izolyasiyası
- İnşaat – sənaye, mülki və ictimai obyektlərin tikintisi
- Meliorasiya – hidrotexniki qurğular və torpaq işləri
- İstixana – müasir tipli istixanalrın quraşdırılması və idarəolunması
- Kommunikasiya – bayır mühəndir və şəbəkələrin quraşdırılması
RİCON MMC-nin İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 standartlarının tələblərinin əsasında İnteqrəedilmiş Sistemi (İMS) tətbiq edilmişdir.İMS üzrə siyasət müəssisənin məqsədlərinə, kontekstinə uyğundur və müəssisənin strateji istiqamətini dəstəkləyir.İMS üzrə Siyasətin əhatə dairəsinə müəssisənin aşağıdakı fəaliyyətləri daxildir:Sənaye və mülki binaların,infrastrukturun layihələndirilməsi və tikintisi.Müəssisənin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:
1.Sifarişçilər:
a.Sənaye və mülki binaların, obyekt və infrastrukturun layihələndirilməsi və tikintisi üzrə xidmətlərinin yüksək səviyyədə təmin edilməsi
2.Mülkiyyətçilər /Təsisçilər:
a. Müəssisənin gəlirinin daima artırılması
3.İşçilər:
a.Müəssisədə tətbiq olunmuş İnteqrəedilmiş Menecment Sisteminin davamlı təkmilləşdirilməsi
b.İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınması
c.Təhlükələrin aradan qaldırılması, sağlamlıq və texniki təhlükəsizlik üzrə risklərin azaldılması
d.İşçilərin İnteqrəedilmiş Menecment Sisteminin təkmilləşdirilməsi məsələlərində məsləhətləşməsinin və həmin işlərə cəlb olunmasının təmin edilməsi
4.Qanunvericilik orqanları:
a.Müəssisənin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi
b.Ətraf mühitin qorunması, o cümlədən çirklənmənin qarşısının alınması və müəssisənin konteksti nöqtəyi nəzərindən digər konkret öhdəliklərin yerinə yetirilməsi
5.Cəmiyyət:
a. Sosial proqramları və layihələri tətbiq etməklə cəmiyyətin təkmilləşdirilməsinə töhfənin verilməsi.
İMS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:
1. Sənaye və mülki binaların, obyekt və infrastrukturun layihələndirilməsi və tikintisi üzrə xidmətlərinin yüksək səviyyədə təmin edilməsi
2.Proseslərinin effektivliyini artırmaq məqsədilə struktur vahidlərinin işini birgə planlaşdırmaq;
3.Mövcud qurğu və avadanlıqların etibarlığını artırmaq, ehtiyac yarandığı hallarda yeni texnika və texnologiyaları tətbiq etmək;
4.Sənaye və mülki binaların layihələndirilməsi və tikintisi proseslərinə təsir göstərə biləcək keyfiyyət və əməyin mühafizəsi sahəsində risklərinin və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsini təmin etmək;
5.Sifarişçi tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək;
6.İşçilərin maksimal potensialını müəyyən etməyə yönəldilən və onların inkişafına sərf olunan investisiyaların maksimal səviyyədə geri qaytarılmasını təmin edən idarəetmə sistemi qurmaq;
7.İşçilərin peşəkarlıq səviyyəsini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq;
8.Bütün fəaliyyət sahələrində yeniliklərin tətbiqində təşəbbüskarlıq göstərən işçi heyət formalaşdırmaq
RİCON MMC-nin ali rəhbərliyi İnteqrəedilmiş Menecment Sistemi üzrə siyasətin işçi heyətinin diqqətinə çatdırılması, bütün əməkdaşlar tərəfindən onun tələblərinə əməl edilməsini,təkmilləşdirilməsini və əhəmiyyətli maraqlar üçün əlçatan olmasını təmin edir,eyni zamanda bu siyasətin səmərəliliyi davamlı olaraq nəzarət altında saxlanılır.
ISO 14001:2015
ISO 9001:2015
ISO 45001:2018
İSTƏNİLƏN HƏCMDƏ NEFT, MAZUT, YANACAQ VƏ SEMENT ÇƏNLƏRİNİN (REZERVUARLARININ) HAZIRLANMASI VƏ QURAŞDIRILMASI
MÜXTƏLİF ÖLÇÜ, FORMADA MÜASİR STANDARTLARA CAVAB VERƏN METAL KONSTRUKSİYALARIN YERİNDƏ HAZIRLANMASI VƏ QURAŞDIRILMASI
NEFT QAZ EMALI SAHƏSİNDƏ NASOSLARIN,KOMPRESSORLARIN,BORU KƏMƏRLƏRİNİN QURAŞDIRILMASI VƏ İZOLYASİYASI
REZERVUARLARIN (ÇƏNLƏRİN), QAZHOLDERLƏRİN VƏ BORU XƏTLƏRİNİN MÜASİR STANDARTLARA CAVAB VERƏN İZOLYASİYASI
SƏNAYE, MÜLKİ, ELƏCƏ DƏ İCTİMAİ OBYEKTLƏRİN MÜASİR STANDARTLARIN TEXNİKİ TƏLƏBLƏRİNƏ UYĞUN OLARAQ TİKİNTİSİ
MÜASİR TƏLƏBLƏRƏ UYĞUN HİDROTEXNİKİ QURĞULARIN HAZIRLANMASI, QURAŞDIRILMASI VƏ TORPAQ İŞLƏRİNİN APARILMASI
ƏN SON STANDARTLARIN TƏLƏBLƏRİNƏ UYĞUN VƏ TAM AVTOMATLAŞDIRILMIŞ MÜXTƏLİF TİPLİ İSTİXANALARIN QURAŞDIRILMASI
KOMMUNİKASİYA VƏ ŞƏBƏKƏLƏRİN QURULMASI İŞLƏRİNİN MÜASİR TƏLƏBLƏRƏ UYĞUN OLARAQ HƏYATA KEÇİRİLMƏSİ
MÜASİR STANDARTLARIN TƏLƏBLƏRİNƏ UYĞUN, MÜXTƏLİF TİPLİ TİKİNTİ TEXNİKALARI VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İCARƏSİ
Mingəçevir şəhərində qurulmuş rezervuarlar
Səngəçal Bakı Neft Terminalı
Səngəçal Bakı Neft Terminalı
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Dübəndi terminalı
Zirə qəbəsində quraşdırılmış istixana
Azərneftyağ Neft Emalı Zavodu
Səngəçal Bakı Neft Terminalı
Səngəçal Bakı Neft Terminalı
Azərneftyağ Neft Emalı Zavodu
Ağdaş rayonu Heydər Əliyev Mərkəzi
Bakı şəhəri Sabunçu rayonu ərazisində tikilib istifadəyə verilmiş fərdi yaşayış binası
Bakı şəhəri Xətai rayonu ərazisində tikilib istifadəyə verilmiş fərdi yaşayış binası
Bakı şəhəri Binəqədi rayonu ərazisində tikilib istifadəyə verilmiş fərdi yaşayış binası
Beyləqan SİB
İmişli SİB
Goranboy SİB
İsmayıllı SİB
Məhəmmədi kəndi ərazisində quraşdırılmış istixana
Zirə qəsəbəsi ərazisində quraşdırılmış istixana
Zirə qəsəbəsi ərazisində quraşdırılmış istixana
Buzovna qəsəbəsi ərazisində quraşdırılmış istixana
Tofiq Bəhramov adına Respublika Stadionu
İsmayıllı SİB
İsmayıllı SİB