KARYERA

"Ricon" MMC , yalnız insan potensialı ilə bütün işlərdə uğur qazana biləcəyinin fərqindədir və bunu nəzərə alaraq gələcəyini peşəkar komanda ilə qurur.

İşə qəbul prosesi.

Yaradıcılıq qabiliyyətinin olması, daim öyrənməyə meyilli, keyfiyyətli iş üçün çalışan və buna önəm verən, habelə beynəlxalq arenada iş görmək potensialına sahib olan ixtisaslı namizədləri öz aramızda görmək istəyirik.

Performans.

İşçilərin iş performansının qiymətləndirilməsində əvvəlcədən təyin edilmiş meyarlara uyğun olaraq ölçülməsi. Bacarıqlarının qiymətləndirilməsi üçün işçilərin davranışlarını ölçmək zəruridir. Hər iki qiymətləndirmə prosesinin sonunda, üstün performansa sahib olanları mükafatlandırmaqla yanaşı, yüksək potensiallı insanları müəyyənləşdirərək onları inkişaf sahələrinə təyin edirik.

Təlim və inkişaf

Biz işçi heyətimizi , cari işlərimizi daha yaxşı etmək üçün , gəlir və davamlı rəqabət içərisində olan layihələrimizin inkişafını dəstəkləmək və şirkətimizin gələcək menecerləri kimi fəaliyyət göstərməyi üçün inkişaf etdiririk.

Karyera

Komandamızın ehtiyacları nəzərə alınaraq yeni vəzifəyə yüksələn işçilərimizi, daxili şirkətimizdə və ya digər partnyor şirkətlərimizdə qiymətləndirmək bizim üçün vacib bir prioritetdir. Təşkilat daxili inkişaflarla paralel olaraq, müxtəlif mövzularda ixtisaslaşmaq üçün infrastukturu və potensialı yüksək olan işçilərimizin rəhbər vəzifələrə yüksəlməsini planlaşdırmaq daimi hədəfimizdir.