Sənaye, mülki habelə ictimai obyektlərin müasir standartlara uyğun olaraq inşa edilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, Ricon MMC tərəfindən həyata keçirilir.Ricon MMC bu sahə üzrə bütün işlərin planlaşdırılmasını, dizaynını , quraşdırılma işlərini və istismarını sizə təklif edir. Hal-hazırda işlər bütün dünya standartlarına uyğun görülür və ekoloji cəhətdən təhlükəsizdir. Əsas məqsədimiz insanların təhlükəsizliyini, işimizin keyfiyyətini daha yüksək səviyyədə təmin etməkdir.
Daha ətraflıMetal konstruksiyaları daha çox polad məhsullardan istifadə edərək hazırlayırıq və bu daha uzunömürlü olmasına gətirib çıxardır. Həmçinin gələcəkdə sizi əlavə xərclərdən qoruyur. Təcrübəli mütəxəssislər və keyfiyyətli məhsullarımız ilə sizin üçün görəcəyimiz bütün işlər beynəlxalq standartlara cavab verir. Müxtəlif ölçüdə və formada müasir standartlara cavab verən metal konstruksiyaların yerində hazırlanması və quraşdırılması xidmətimizdən yararlana bilərsiniz.
Daha ətraflıRicon MMC bu sahə üzrə müəyyən olunmuş standartlar çərçivəsində , ən son təlabatlara uyğun olaraq işlər aparır. İstənilən həcmdə neft,mazut, yanacaq və sement çənlərinin (Rezervuarlarının) hazırlanması və quraşdırılması. Şirkətimiz işin planlaşdırmasını mükəmməl səviyyədə aparır və təcrübəli mütəxəssisləri özündə cəmləşdirərək sizə keyfiyyətli iş təklif edir. Həmçinin ekoloji cəhətdən təhlükəsizliyi təmin edir. Şirkətimiz 10 ildən çoxdur ki, rezervuarların (çənlərin), qazholderlərin və boru xətlərinin müasir standartlara uyğun izolyasiyasını təşkil edir. Beynəlxalq sertifikatlarımız bu işi hansı dərəcədə professional etdiyimizin sübutudur. Keyfiyyətli izolyasiya sizi gələcək xərclərdən azad edəcəkdir. Müxtəlif izolyasiya növləri mövcuddur ki, biz sizə bunların hər birini təklif edirik. -SİP -Sprey köpük izolyasiyası -Beton -Köpük board -Fibro izolyasiya
Daha ətraflıMeliorasiya - torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqromeşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır. Ricon MMC şirkəti sizə müasir tələblərə uyğun hidrotexniki qurğunların hazırlanmasını, quraşdırılmasını və torpaq işlərinin aparılmasını təklif edir.
Daha ətraflıNeft-qaz emalı sahəsində Ricon MMC 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində Azərbaycan və dünya bazarında pay sahibi olan müəyyən şirkətlər ilə artıq əməkdaşlıq edir. Ricon MMC neft-qaz emalı sahəsində nasosların, kompressorların, qazanxanaların, boru kəmərlərinin quraşdırılmasını və izolyasiyasını təşkil edir.
Daha ətraflıKommunikasiya və şəbəkələrin qurulması işlərinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi. Şirkətimiz sizə bu işin mükəmməl dərəcədə planlaşdırılmasını və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməsini təklif edir. Habelə keçdiyimiz müddətlərdə gördüyümüz bayır mühəndisliyi işləri sayəsində bir neçə partnyorluq əldə etmişik.
Daha ətraflıİstixana - Ricon MMC 10 ildən çoxdur ki, Azərbaycanda bu sahə üzrə də fəaliyyət göstərir. Ən son standartların tələblərinə uygun avtomatlaşdırılmış müxtəlif tipli istixanaların quraşdırılması. Ricon MMC bu sahə üzrə dünya bazarında yüksək pay sahibi olan şirkətlər ilə bir neçə ildir ki, partnyorluq edir. Həm mühəndis, həm də material cəhətdən bazara liderlik edir. Bizim öncəliyimiz müştəri məmnuniyyətidir. İstixanalarınızın keyfiyyətinin yüksək olması, sizin gələcəkdə cibinizə qənaət etməyiniz üçün önəm daşıyır. Keyfiyyət isə, bizim işimizdir.
Daha ətraflıRicon MMC 10 ildən çox müddətdir ki, yaşıllaşdırma və abadlıq işlərinin aparılması ilə yaxın məşğul olur.
Daha ətraflıVaxt ötdükcə şəhərsalma mədəniyyəti dahada çoxalır. İnşaat sektorunun böyüməsi isə bəzi ehtiyaclarının çoxalmasına səbəb olur ki, bunlardan biri texnikalardır. Ehtiyacınız olan, müasir standartların tələblərinə uyğun, müxtəlif tipli tikinti texnikaları və nəqliyyat vasitələrinin icarəsi Ricon MMC şirkəti tərəfindən həyata keçirilir. Vaxtınıza bizimlə qənaət edin.
Daha ətraflı