Tikinti sahəsində ixtisaslaşmış, inam və etibarlılıq yaradan şirkət kimi tanınan “RİCON” MMC enerji obyektlərinin inşaası, meliorasiya, senaye və mülki tikinti obyektlərinin tikintisi, boru xətlərinin çəkilməsi, metalkonstruksiya və rezervuarların istehsalı və quraşdırılması sahəsində bir çox layihələrə imza atmışdır.
Şirkətimizin məqsədi və öhdəliyi təkcə ən yüksək standartları təmin etmək deyil, həm də qarşılıqlı faydalı əlaqələr qurmaqdır.
Uzun illər təcrübəsi olan, tikinti prosesini daim təkmilləşdirən təcrübəli mütəxəssislər ilə birlikdə, habelə ən müasir avadanlıqlardan istifadə edərək və böyük material tədarükçüləri ilə qurulmuş əməkdaşlıqlar nəticəsində, şirkətimiz, həm “sıfırdan” layihələri, həm də mövcud bina və tikililərin yenidən qurulması işlərini effektiv və minimal müddət ərzində təhvil verir. Kommersiya, bələdiyyə və dövlət strukturları ilə əməkdaşlıq edərək, istənilən növ tikinti layihələrinə nəzarət edir.