"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" PHŞ sifarişi ilə Laçın rayonu ərazisində "Sendiviç panel" layihəsi üzrə konteyner binası quraşdırılmışdır.
Laçın Ailə Sağlamlıq Mərkəzi ümumilikdə 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur.