“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ sifarişi ilə Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında xidməti istifadə üçün 3 ədəd müvəqqəti yaşayış şəhərciklərinin salınması işləri tərəfimizdən həyata keçirilməkdədir.
Qubadlı layihəsi üzrə şaquli planlaşdırma işləri, konteynerlərin hazırlanması və quraşdırılması, sahədaxili su anbarı və nasosxana, elektrik təchizatı, rabitə sistemi, su kəməri və kanalizasiya xətlərinin çəkilməsi və quraşdırılması işləri mərhələli şəkildə həyata keçirilir.