"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC sifarişi ilə Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən, Axıncaçay su anbarının təmir-bərpa işləri həyata keçirilib.
Layihə çərçivəsində su anbarı, əsas və xidmət körpüləri, sugətirən kanalının əsaslı təmiri, su anbarının elektrik təchizatı, dəmir-beton işləri, yeraltı su çəninin, dispetçer və gözətçi evlərinin tikintisi, ümumi ərazinin işıqlandırılması və abadlaşdırılıması, su anbarının kompüter və məsafədən idarəetmə sistemi, lokal nəzarət və idarə etmə cihazları ilə təmin olunması və quraşdırılması, mərkəzləşmiş nəzarət və idarəetmə məntəqəsinin yaradılması üzrə işlər uğurla həyata keçirilib.